Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstanda baş verən yol qəzasında 6 nəfər ölüb

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil və "Jeep" toqquşub

BAKI, 23 aprel — Sputnik. Qərbi Gürcüstanda Kutaisi yaxınlığında baş verən yol qəzasında 6 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə "İmedi"  telekanalı məlumat verib. Hadisə zamanı sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil və "Jeep" toqquşub. Hadisədən iki dəqiqə sonra toqquşan avtomobillərə mikroavtobus çırpılıb. Qəza nəticəsində hamilə qadın daxil olmaqla, 6 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb. Həkmilərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Gürcüstan CM-nin yol hərəkəti təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində iki və daha çox adamın ölümünə səbəb maddəsi ilə cinayət işi qaldırılıb. Günahkar sürücünü 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözləyir.

Xəbər lenti
0