14:12 23 Avqust 2017
Canlı yayım
Hamilə qadın

Övladını ana bətnində döyüb öldürdü

CC0 / freestocks / Pregnant
HADİSƏ
Qısa URL
101 0 0

Şirvanda əri tərəfindən döyülən qadın bətnindəki uşağı itirib

BAKI, 23 aprel — Sputnik. Şirvan şəhərində doğulan uşaq aldığı xəsarətlərdən 10 dəqiqə sonra ölüb. APA-nın məlumatına görə, Şirvan sakini, 1988-ci il Mədətov Elşad Nazim oğlu 7 aylıq hamilə olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib.

Ü. Kərimova Şirvan doğum evinə çatdırılıb. Vaxtından qabaq və xəsarətlərlə doğulan uşaq 10 dəqiqə sonra ölüb. Uşağın meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil verilib.

Ü. Kərimovanın yaxın qohumlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb. Hazırda Elşad Mədətov baş verənlər barədə polisə ifadə verir. Onun polis tərəfindən saxlanılacağı gözlənilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əlaqədar

Ər arvadının başını kəsdi
Arvadının başını kəsib, cəsədini yandırıb, qalıqlarını isə gizlədib...
Evə sərxoş gələn ər arvadını doğradı
Arvadı və oğlu kişini yandırıb, külünü çaya tökdülər
Boşadığı arvadını qaçırdı
Teqlər:
ölüb, ər, Şirvan şəhəri, həyat yoldaşı, xəsarət, uşaq

Əsas mövzular