BAKI, 21 aprel — Sputnik. Bu gün səhər saatlarında Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sexin qalan yanğından mühafizə olunub. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.