Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə mikroavtobus aşıb

© Sputnik / Murad OrujovКареты скорой помощи во дворе одной из региональных больниц, фото из архива
Кареты скорой помощи во дворе одной из региональных больниц, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alanlardan 7-si qadın, 5 nəfəri kişi və 3 nəfəri uşaqdır

BAKI, 20 Apr — Sputnik. Şəkidə avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, Şəkidən Mingəçevir istiqamətində hərəkət edən mikroavtobus Şəkinin Dəhnə kəndində maneəyə dəyərək çevrilib. Avtobusda olan 23 sərnişindən 15-i müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlardan 7-si qadın, 5 nəfəri kişi və 3 nəfəri uşaqdır. Xəsarət alanlardan bir neçə nəfərə ilkin yardım göstərilib və onlar evə buraxılıblar.

Xəsarət alan 1932-ci il təvəllüdlü Eyvazova Güldərən İsabala qızı açıq kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti ağırdır. Hadisə nəticəsində ölən yoxdur.

Xəbər lenti
0