Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Görüş"dəki görüş qanla bitdi

CC0 / Brett_Hondow / knifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir

BAKI, 20 aprel — Sputnik. Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma olub, ölən və xəsarət alanlar var

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

APA-nın məlumatına görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri — Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha ağır olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə "Vstreça" (Görüş) kafesində təşkil olunan məclisdə baş verib.

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

Xəbər lenti
0