Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərnişin relslərin üzərinə yıxıldı

© Sputnik / Murad OrujovНовая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Təxminən 35 yaşında kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb

BAKI, 20 aprel — Sputnik. Bu gün səhər saatlarında Bakı metrosunun "Nizami" stansiyasında təxminən 35 yaşında kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, səhər saatlarında qatar gözləyən 35 yaşlarında bir kişi təhlükəsizlik xəttini keçib və qəfildən qatar relslərinin üzərinə yıxılıb.

"Xoşbəxtlikdən qatar gələn vaxtı olmayıb. Kişini qısa bir zamanda qatar relsləri üzərindən çıxardıq. O, xəstəxanaya aparılarkən özündə deyildi. Üzərində isə heç bir sənəd olmadığı üçün kimliyi məlum deyil" — Paşayev deyib.

Xəbər lenti
0