10:16 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
20131

Şəki sakinlərini küçədə it dişləyərək xəstəxanalıq edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Aprelin 18-i axşam saatlarında Şəki şəhər sakinləri — 82 yaşlı Pirməmməd Məhərrəm oğlu Mustafayev sağ baldır, 26 yaşlı Elnur Mafəl oğlu Hüseynov isə sol baldır nahiyəsindən it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi xəstəxanasına daxil olublar.

Müayinə zamanı məlum olub ki, onları küçədə sahibsiz it dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, analoji hadisələr Şəkidə tez-tez baş verir. Gecə-gündüz sərbəst gəzən quduz itlər azyaşlılar üçün daha çox təhlükə mənbəyi hesab olunur.

Əlaqədar

Zaqatalada sahibsiz itlər insanlara hücum edir
İtlərini maşında gəzdirənlər: 200 manat hazırlayın
Onlar hər şeylərindən keçməyə hazırdırlar, itlərindən başqa...
Bu itlər belə işlərdə istifadə edilir
Teqlər:
İt dişləməsi, Şəki Rayon Mərkəzi xəstəxanası, Elnur Hüseynov, Pirməmməd Mustafayev, Şəki

Əsas mövzular