04:19 26 Sentyabr 2017
Canlı yayım
Bakı Dairəvi-1 avtomobil yolunda əmələ gəlmiş çatlar

Azərbaycanda təbii fəlakət baş verib

© Foto: "Azəravtoyol" ASC-nin mətbuat xidməti
HADİSƏ
Qısa URL
520601

Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub. Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb.

BAKI, 18 apr — Sputnik. 17 aprel 2017-ci il tarixində, səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub. Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb. İlkin məlumatlara görə, uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla, təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir.

Hadisə ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır. Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.

Əlaqədar

Şıx qəsəbəsində tikilən istirahət mərkəzindəki uçqunun pərdəarxası
Bakıdakı uçqunla bağlı cinayət işi açıldı
İcra Hakimiyyəti başçısının müavini uçquna münasibət bildirib
Bakıda uçqun: ölən və yaralananlar var
Hərbi qulluqçumuz qar uçqununun altında qalıb
Qar uçqunlarında ölənlərin sayı 100 nəfəri keçdi
Hotel qar uçqununun altında qaldı
Teqlər:
Vəndam meşəbəyliyi, Qəbələ bölməsi, Şahdağ Milli Parkı, uçqun, yağış

Əsas mövzular