Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İkimərtəbəli yaşayış evində yanğın olub

Abunə olmaq
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKI, 18 apr — Sputnik. Bu gün səhər saatlarında Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1600 m2 olan ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 14 m2 sahədə və digər 2 otağın döşəməsi 16 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0