23:12 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Yanmış avtomobil, arxiv şəkli

Qəza, yoxsa şahidin aradan götürülməsi?

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
1008 0 0

Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qəzada ölüb

BAKI, 17 apr — Sputnik. Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxslərdən birinin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işində zərərçəkmiş kimi tanındığı müəyyənləşib.

APA-nın məlumatına görə, hadisədə ölən Quliyev Gülağa Məhərrəm oğlu digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub. Ötən iclasda ifadə verən G.Quliyev bildirib ki, 2015-ci ildə N. Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G. Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi “VAZ-2104” markalı avtomobilə vurub və “VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G. Quliyev və sərnişinləri, paytaxt sakinləri — Narif Sadıxovla qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Qubada ağır qəza: içində 8 nəfər olan avtobus dərəyə aşdı
Avstriyada qatar qəzası, xəsarət alanlar var
Bakıda daha bir sərnişin avtobusu qəzaya düşdü
Yenə məktəbli avtobusu, yenə qəza
Teqlər:
Milli Təhlükəsizlik Nazirliyi, Narif Sadıxov, Sadiq Edilov, Quliyev Gülağa

Əsas mövzular