Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü külək bölgələrdə fəsadlar törədib

© Sputnik / İlham MustafaDaşkəsəndə güclü qasırğa baş verib
Daşkəsəndə güclü qasırğa baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Evlərin damı dağılıb, elektrik enerjisinin verilişi dayandırılıb

BAKI, 14 apr — Sputnik. Tovuz rayonunda axşam saatlarından etibarən əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

"Report"un məlumatına görə, nəticədə rayonun bəzi kəndlərində, xüsusilə də, Alakol kəndində bir neçə evin dam örtüyü qismən dağılıb, elektirik enerjisinin verilməsində fasilə yaranıb.

Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda enerjinin verilişi bərpa edilib.

Eyni zamanda, Daşkəsən şəhərində də enerjinin verilişində fasilələr yaranıb. Ümumilikdə isə Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən rayonlarında və Gəncə şəhərində küləkli hava müşahidə olunmaqdadır.

Xəbər lenti
0