10:04 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Baş Prokurorluq

Bakıdakı uçqunla bağlı cinayət işi açıldı

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
4101

Artıq iş üzrə müvafiq ekspertizalar təyin edilib

BAKI, 13 apr — Sputnik. Səbail rayonunda istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əlaqədar

İcra Hakimiyyəti başçısının müavini uçquna münasibət bildirib
Bakıda uçqun: ölən və yaralananlar var
Hərbi qulluqçumuz qar uçqununun altında qalıb
Qar uçqunlarında ölənlərin sayı 100 nəfəri keçdi
Hotel qar uçqununun altında qaldı
Teqlər:
uçqun, Səbail rayonu, Baş Prokurorluq, cinayət işi

Əsas mövzular