Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda narkotrafikin qarşısını bu it aldı

© Sputnik / Anton Denisov / Mediabanka keçidKinoloji xidmət iti, arxiv şəkli
Kinoloji xidmət iti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yoxlama zamanı kinoloji xidmət iti avtobusun yük yerində olan 1 ədəd qutuya reaksiya verdiyindən həmin qutu açılaraq içərisinə baxış keçirilib

BAKI, 10 apr — Sputnik. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Samur" gömrük postunun ixrac nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusunda olan yüklərə "Simba" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

© Photo : customs.gov.azAşkar edilmiş narkotik vasitə – tiryək
Aşkar edilmiş narkotik vasitə – tiryək  - Sputnik Azərbaycan
Aşkar edilmiş narkotik vasitə – tiryək

Yoxlama zamanı kinoloji xidmət iti avtobusun yük yerində olan 1 ədəd qutuya reaksiya verdiyindən həmin qutu açılaraq içərisinə baxış keçirilib. Baxış zamanı qutudakı mürəbbə qablarının arasında karton kağıza bükülü şəkildə, spesifik iyə malik, qara rəngli, xalis çəkisi 10,575 qram olan narkotik vasitə-tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0