09:29 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
8603

Yoxlama zamanı kinoloji xidmət iti avtobusun yük yerində olan 1 ədəd qutuya reaksiya verdiyindən həmin qutu açılaraq içərisinə baxış keçirilib

BAKI, 10 apr — Sputnik. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Samur" gömrük postunun ixrac nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusunda olan yüklərə "Simba" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Aşkar edilmiş narkotik vasitə – tiryək
© Photo : customs.gov.az
Aşkar edilmiş narkotik vasitə – tiryək

Yoxlama zamanı kinoloji xidmət iti avtobusun yük yerində olan 1 ədəd qutuya reaksiya verdiyindən həmin qutu açılaraq içərisinə baxış keçirilib. Baxış zamanı qutudakı mürəbbə qablarının arasında karton kağıza bükülü şəkildə, spesifik iyə malik, qara rəngli, xalis çəkisi 10,575 qram olan narkotik vasitə-tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Narkotik asılılığı ilə mübarizədə yeni müalicə
Sərhəddə narkotik əməliyyatı: saxlanılan var
Narkotik alverçiləri tutuldular
Bu ölkədə narkotikə görə cəza ləğv olunur
Bu qida sizi sürətlə narkomaniyaya aparır
Teqlər:
"Samur" gömrük postu, hüquqpozma, Xaçmaz, gömrük, it

Əsas mövzular