Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"KAMAZ"la "VAZ" toqquşdu

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidKAMAZ
KAMAZ - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

BAKI, 10 apr — Sputnik. Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:03-də başa çatıb.

Xəbər lenti
0