Binanın pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar və 5 p.m elektrik kabeli yanıb
BAKI, 9 apr — Sputnik. Ötən gecə Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar və 5 p.m elektrik kabeli yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ekspertlər yeni agentliyin yaradılmasının ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəyini vurğulayırlar