Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gömrükdə 12 ədəd telefon müsadirə olundu

© Photo : customs.gov.az12 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib
12 ədəd Nokia markalı mobil telefonlar aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
On iki ədəd mobil telefonu gömrük nəzarətindən gizlətmək istədi

BAKI, 6 apr — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikası istiqamətindən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən 12 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0