Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəmkirdə yanğın təlaşı

CC0 / ernie / flameYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları yanıb

BAKI, 4 apr — Sputnik. Bu səhər Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyətı üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0