Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masallıda ağır yol qəzası baş verib

CC0 / Rico_Loeb / crushПоврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива
Поврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Masallıda iki minik avtomobili toqquşub, ölən və yaralanan var

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Bu gün gecə saatlarında Ələt-Astara magistral yolunun Masallı rayonunun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

1981-ci il təvəllüdlü Cəlilabad rayonu Göytəpə şəhər sakini Mirqoşqar Mürsəlovun idarə etdiyi “VAZ 21011” markalı mini avtomobili ilə, Masallı rayonu Seybətin kənd sakini 1980-ci il təvəllüdlü İsmayılov Rəhimin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü Mürsəlov Mirqoşqar elə hadisə yerində dünyasını dəyişib, digər avtomobilin sürücüsü İsmayılov Rəhim isə ağır yaralanıb və ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. ”Mercedes”in sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0