23:48 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Dilqəm Əsgərov

Erməni girovluğunda olan Dilqəm Əsgərovun atası vəfat etdi

HADİSƏ
Qısa URL
3911

"Təəssüf edirik ki, Qardaşxan əmi həm vaxtsız, həm oğul nisgili, həm də torpaq dərdi ilə dünyasını dəyişdi"

BAKI, 23 mart — Sputnik. Erməni girovluğunda zülm çəkən vətənpərvər soydaşımız Dilqəm Əsgərovun atası Qardaşxan kişi ağır xəstəlikdən sonra vəfat edib. Bu barədə Modern.az-a Dilqəm Əsgərovun yaxınları məlumat veriblər.

"Bu yaxınlarda xəstəxanada olarkən görüşmüşdük, mərd, qorxmaz, müdrik el ağsaqqalı idi. Torpaqlarımızın, doğma Kəlbəcərimizin azadlığına inamlı danışır, Dilqəmlə fəxr etdiyini deyirdi. Təəssüf edirik ki, Qardaşxan əmi həm vaxtsız, həm oğul nisgili, həm də torpaq dərdi ilə dünyasını dəyişdi. Bütün əzizlərinə, onu tanıyanlara dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq" — deyə yaxınları bildiriblər.

Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevə qondarma "məhkəmə" qurulub. "Məhkəmə"nin "qərarı" ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Əlaqədar

BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər
BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən bir il ötüb
BQXK əməkdaşları Şahbaz Quliyevə və Dilqəm Əsgərova baş çəkiblər
Teqlər:
Qardaşxan kişi, vəfat, Şahbaz Quliyev, Dilqəm Əsgərov, girov, erməni

Əsas mövzular