Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycana yağan qəfil qar turistləri çətin vəziyyətə saldı

© Sputnik / Leyla AbdullayevaXızıda qar
Xızıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda kəndlərə yağan qarın qalınlığı 8-10 santimetr arasıdır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Xızı və Siyəzənin bəzi dağ kəndlərinə qar yağır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Xızı rayonunun Altıağac kəndi ağ örpəyə bürünüb. Qarın yağması ilə əlaqədar olaraq, rayonun ərazisində temperatur aşağı düşüb və kənd sakinləri Novruz bayramında tonqal yandırmaqda əziyyət çəkiblər.

Qarın yağması turistlərin bu yerlərə gəlməsinə də mane olub. Hətta rayona gəlmiş turistlər "gözlənilməz qonaq" üzündən çətin vəziyyətə düşüblər. Hazırda kəndlərə yağan qarın qalınlığı 8-10 santimetr arasıdır.

Xəbər lenti
0