02:56 30 Mart 2017
Canlı yayım
İntihar

Qızının ölümündə özünü günahkar bilən ata intihar etdi

© Foto: STR
HADİSƏ
Qısa URL
5901

Bərdədə qızının ölümündə özünü günahkar bilən ata intihar edib

BAKI, 20 mart — Sputnik. Bərdə rayonunda qızının ölümündə özünü günahkar bilən ata intihar edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə rayonun Mehtili kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Həsən İbrahimov özünü yaşadığı evin həyətində asaraq öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, martın 18-i H.İbrahimovun qızı 1994-cü il təvəllüdlü Bahar Həsən qızı İbrahimova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. H.İbrahimov qızının ölümündə özünü günahkar bilib, hadisənin də bu səbəbdən baş verdiyi ehtimal edilir.

Əsas mövzular