Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qısqanc qardaş bacısını baltaladı

© Sputnik / Anar MustafayevBalta, arxiv şəkli
Balta, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Bərdə şəhərində qardaş öz bacısını baltalayıb. Yerli hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə şəhərin Füzuli küçəsində baş verib.

Rayon sakini, 22 yaşlı Hafiz İbrahimli bacısı, 21 yaşlı Leyla İbrahimlini başına bir neçə balta zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Yaxınları hadisənin qısqanclıq zəminində baş verdiyini, Hafiz Məmmədovun hərbi xidmətdən yeni qayıtdığını bildiriblər. Hazırda faktla bağlı cinayət işi başlanıb. Hüquq mühafizə orqanları araşdırma aparır.

Xəbər lenti
0