Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qadın gözəlliyinin qarşısında əriyən kişi həyatının şokunu yaşadı

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın ona manatı sərfəli kursla dollara çevirməyə söz verib

BAKU, 15 mart — Sputnik. Gözəllik dəhşətli qüvvədir, əgər o, qadındadırsa, onda ikiqat dəhşətlidir. 1975-ci il təvəllüdlü Siyəzən rayon sakini Bəhruz Nağıyev də yaşının elə də gənc olmamasına baxmayaraq, bu zahiri gözəllik qarşısında dayana bilməyib və bundan çox peşman olub. Çünki qadın gözəlliyinə aludəçilik ona 400 min manata başa gəlib. Sputnik Azərbaycan-a Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, martın 13-də Nağıyev polisə müraciət edərək 2016-cı ilin avqustunda 400 min manat itirdiyini bildirib.

Kişi və qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Aramızda olan qadın-kişi münasibətləri bitdi..."

Nağıyevin sözlərinə görə, o, öz pullarını 1971-ci il təvəllüdlü paytaxt sakini Vəfa Osmanlıya etibar edib. Qadın ona manatı sərfəli kursla dollara çevirməyə söz verib. Kurs əlbəttə ki, sərfəli olub, amma Nağıyev bilməyib ki, qadına verilən pullar geri qayıtmayacaq. 

“Kişi qadın gözəlliyi qarşısında dayana bilməyib və özündə olan ən qiymətli şeyi – pulu ona etibar edib” – deyə polis istehza ilə bildirib. 

Zarafat öz yerində, amma Nağıyev indiyə qədər özünün nə bir manatını, nə də dolları geri ala bilməyib. Hazırda Nəsimi RPİ-də faktla bağlı araşdırma aparılır. Hələlik fırıldaqçılıq faktı ilə bağlı heç kəs saxlanılmayıb. 

Xəbər lenti
0