Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı metrosunda tükürpədici olay

Abunə olmaq
56 yaşlı qadın qatar stansiyaya daxil olan vaxt özünü relslərin üstünə atıb

BAKI, 15 mart — Sputnik. Bu gün Bakı metrosunda intihara cəhd hadisəsi baş verib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisə bu gün səhər saat 10:40 radələrində "Ulduz" stansiyasında baş verib.

"1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar stansiyaya gələrkən özünü relslərin üstünə atıb. Maşinist dərhal qatarı saxlayıb. Daha sonra əməkdaşlarımız həmin xanımı qatarın altından çıxarıblar" — Paşayev bildirib.

Metropoliten sözçüsü əlavə edib ki, qadın heç bir xəsarət almayıb: "Hər şey qaydasındadır. Hazırda xanımın hansı səbəblərdən intihara cəhd etməsi faktı araşdırılır".

Xəbər lenti
0