Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusu qaçırılıb

© Flickr / RuAvToАвтобус марки Daewoo, фото из архива
Автобус марки Daewoo, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub

BAKI, 11 mart — Sputnik. Bakıda sərnişin avtobusu qaçırılıb.

Sputnik Azərbaycan-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daewoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.

Xəbər lenti
0