Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Partlayış bu dəfə Azərbaycanın cənubunda oldu: ölən və yaralananlar var

© Sputnik / Konstantin Khalin / Mediabanka keçidЖилой дом , где произошел взрыв бытового газа, фото из архива
Жилой дом , где произошел взрыв бытового газа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdəbil Tibb və Səhiyyə Universitetinin rektoru Qüdrət İhvan Əkbəri şəhərdə bir evdə yandırıcı maddənin partlaması nəticəsində 7 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirib

BAKI, 11 mart-Sputnik. İran İslam Respublikasının şimal-qərbində, tarixi Cənubi Azərbaycan torpağında, İRİ-nin keçmiş Şərqi Azərbaycan ostanının Ərdəbil şəhərində bir evdə baş verən partlayışda ilkin məlumata görə 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ərdəbil Tibb və Səhiyyə Universitetinin rektoru Qüdrət İhvan Əkbəri şəhərdə bir evdə yandırıcı maddənin partlaması nəticəsində 7 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirib.

Sputnik Azərbaycan “akşam”a istinadla xəbər verir ki, Əkbəri yaralıların vəziyyətinin ağır olduğunu söyləyib.

İranın məhkəmə hakimiyyətinə bağlı “Mizan” xəbər agentliyi isə yaralı sayını 8 olduğunu bildirib. Partlayış səbəbiylə həyatını itirən şəxslərin sayının artmasından narahatlıq ifadə edilir.

Partlayışın səbəbi araşdırılır. İlkin məlumatlara görə, partlayışın çərşənbə gecəsi atəşfəşanlıq zamanı baş verdiyi deyilir.

İrandakı təqvimə görə ilin son çərşənbə gecəsi "Çərşənbə Suri" olaraq qeyd olunur. Təqvimə görə yeni il 21 martda başlayır. Bu bayram, hər il İranda onlarla adamın ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olur.

Xəbər lenti
0