Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Sumqayıt yolunda baş verən qəzanın qurbanlarının sayı artdı

© Sputnik / Murad OrujovTəcili yardım maşını
Təcili yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən biri ölüb

BAKI, 11 mart — Sputnik. Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə vəfat edib.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildiriblər ki, reanimasiya şöbəsində ağır vəziyyətdə olan olan L. Nəsirzadə martın 11-də səhər saatlarında dünyasını dəyişib.

O, Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olub. 

Tələbələrin cəsədləri ailələrinə təhvil verildi - Sputnik Azərbaycan
HADİSƏ
Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı növbəti tükürpədici fakt ortaya çıxdı

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Dəhşətli qəzada həyatını itirən 6 tələbənin adları məlum olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı, 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı və I kurs tələbəsi Lalə Nəsirzadədir. 

İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

Qəzada xəsarət alanların da bəzilərinin adları məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətndən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər — Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Sumqayıt - Sputnik Azərbaycan
HADİSƏ
Yaralı tələbələrdən yeni xəbər var

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı daha iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb. 

İdarədən, həmçinin əlavə olunub ki, "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0