15:15 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Bıcaq

8 mart bayramında qətl

CC BY-SA 2.0 / Randall Chancellor / DSC_3258-Edit
HADİSƏ
Qısa URL
42 0 0

15 yaşlı qız ona 8 martı qeyd etməyə imkan verməyən babasını öldürdü

BAKI, 9 mart-Sputnik. 15 yaşlı qız ona 8 martı qeyd etməyə imkan verməyən babasını öldürüb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, hadisə ötən gün Rusiyanın Belqorod vilayətində baş verib. 

15 yaşlı Anastasiya L. adlı qız özünün 17 yaşlı dostları Aleksandr Q. və Sergey T. İlə birlikdə 8 mart bayramını qeyd edirmiş. Məclis məktəbli qızın ata-anası, dayısı və babası ilə birlikdə yaşadığı ikiotaqlı mənzildə keçirilirmiş. 

Anastasiya L.-nın evə gələn 57 yaşlı babası cavanlardan sakit olmağı və spirtli içkini dayandırmağı xahiş edib. Bildirib ki, bir qədər yatmaq istəyir.

Məktəbli qız babasının sözlərinə fikir verməyib və məclis öz axarı ilə davam edib. Bundan əsəbləşən baba mətbəxə bıçaq dalınca gedib və qayıdanda nəvəsinin sinə və kürək nahiyəsinə bıçaqla zərbə vurub. 

15 yaşlı Anastasiya L. adlı qız özünün 17 yaşlı dostları Aleksandr Q. və Sergey T. İlə birlikdə
© Foto : Anastasiya L. şəxsi arxivindən
15 yaşlı Anastasiya L. adlı qız özünün 17 yaşlı dostları Aleksandr Q. və Sergey T. İlə birlikdə

Bundan sonra qız bıçağı götürərək babasının sinəsinə bir neçə zərbə endirib.

Aldığı zərbələr səbəbindən kişi xəstəxanada keçinib. 

Belqorod vilayətinin hüquq-mühafizə orqanları məktəbliyə qarşı “Adam öldürmə” maddəsi ilə cinayət işi açıb. 

Bu arada məlum olub ki, 15 yaşlı qız ona 8 mart bayramını qeyd etməyə mane olmuş babasını öldürməmişdən 3 ay əvvəl özünü öldürməyə cəhd edib. 

Əsas mövzular