Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qanlı qəzanın əsl səbəbkarı bilindi

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı polis şöbəsində araşdırma aparılır

BAKI, 9 mart — Sputnik. Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.  

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunda nənə ilə nəvənin ölümünə səbəb olan qəzada avtomobili nəvənin — 15 yaşlı Elzaməddin Vəliyevin idarə etdiyi bildirilsə də, polisin araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs onun babası, Gədəbəy rayonunun Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev olub.

Onun idarə etdiyi “Niva” markalı avtomobilin yolun kənarına aşması nəticəsində avtomobildə olan sərnişinlər — sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev Hadisə yerində ölüb. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə yüngül xəsarət alıblar. 

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0