Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Sumqayıt yolunda baş verən qəza qurbanlarının sayı artır

© Sputnik / Fuad HasanovBakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır qəzada dünyasını dəyişənlərin sayı 5 nəfərə çatıb. Xəsarət alan daha 20 nəfər isə xəstəxanadadır.

BAKI, 9 mart — Sputnik. Bu gün səhər Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada dünyasını dəyişənlərin sayı 5 nəfərə çatıb. Xəsarət alan daha 20 nəfər isə xəstəxanadadır. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təcili yardım - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili Sputnik Azərbaycan-a açıqlamasında həlak olan tələbələrdən iki nəfərinin adını açıqlayıb: fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim.

Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti
0