04:12 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
2601

Gömrükçülər güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar ediblər

BAKI, 4 mart — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daha bir fakt üzrə güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar ediblər. Bu barədə Sputnik Azərbaycan-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əvvəlcədən daxil olan məlumat əsasında, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyat nəticəsində, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki "Babək" kafesinin qarşısında Azərbaycan Respublikasının vətəndaşı Kərimov Möhübbət Baxtəvər oğlu ümumi çəkisi 1064,5 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Möhübbət Kərimova civəni satması üçün təhvil verən Azərbaycan Respublikasının vətəndaşı Alıyev Mircəfər Lətif oğlu Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi, 156 ünvanında yaxalanıb. Hər iki şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Termometr sındı, civə mənzilə dağıldı
Mənzilə civə dağıldı
Mənzilə civə dağıldı
Ölkəyə qanunsuz yolla civə keçirilməsinin qarşısı alınıb
Sərhəddən civə keçirənlər ələ keçdilər
Bakıda 20 min dollara civə satanlar yaxalanıb
Teqlər:
DGK, tədbir, civə, Dövlət Gömrük Komitəsi, əməliyyat, sərhəd

Əsas mövzular