07:18 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
49611

Qız içkili olduğunu və onu zorlayan oğlanın avtomobilinin nömrəsini xatırlamadığını deyir

BAKI, 18 fev — Sputnik. Bakıda gecə klubunun daimi müştərisi olan gənc qız, Nərimanov rayon Polis İdarəsinə cinsi təcavüzə məruz qaldığı barədə şikayət edib. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verib.

Şikayət Göygöl rayonunun 20 yaşlı sakini Q.T. tərəfindən daxil olub. O, qeyd edib ki, fevralın 16-sı saat 04:30 radələrində onu Tural adlı gənc oğlan zorlayıb. Zərərçəkmişin sözlərinə görə, cinayət, markası qeyd olunmamış naməlum dövlət nişanlı maşında baş verib.

Amma qız harada zorlandığını xatırlayır. Hadisə Əhməd Rəcəbli küçəsi 33 ünvanındakı binanın qarşısında baş verib. Zərərçəkmişin sözlərinə görə, o, Turalla paytaxtdakı gecə klubunda vaxtını şən keçirib. Doyunca rəqs edən və spirtli içkidən sərxoş olan gənclər evə qayıdarkən, qız heç yanında oturan gəncin ağlına çirkin fikirlərin gələcəyini gözləmirmiş.

Polis idarəsindən bildiriblər ki, işin materialları rayon prokurorluğuna göndəriləcək: "Qoy bu qəribə zorlama işi ilə orada məşğul olsunlar".

Əlaqədar

Direktorun təcavüz etdiyi qız: "Meyvə şirəsinə yuxu dərmanı qatıbmış..."
Bakıda dəhşət: Ana qızlarını ərinin təcavüzündən qorumaq üçün...
Deputat: "Uşaqlara qarşı təcavüz halları artıb"
Teqlər:
gecə klubu, müştəri, zorlama, oğlan, prokurorluq, qız, Bakı, polis

Əsas mövzular