20:34 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ

Hamilə qadın dünyasını dəyişdi

HADİSƏ
Qısa URL
517 0 0

Qadının ailəsi məhkəmə-tibbi ekspertizanın rəyini gözləyir. Əgər həkim səhvi sübuta yetirilsə, problem məhkəməyə daşınacaq.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 fev — Sputnik. Ötən gün ölkəmizdə daha bir qadın faciəsi yaşanıb. Beyləqan rayonu Əlinəzərli kənd sakini, 1992-ci il təvəllüdlü Quliyeva Jalə Yusif qızı vəfat edib.

Yaxınlarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, xanımın ölüm səbəbi olaraq, ilkin ehtimal kimi hamiləlik dövründə yüksək təzyiq göstərilir. Onun ölümünün əsas səbəbi məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Yaxınları Jalə Quliyevanın ölümündə onun həkimini günahlandırırlar. Bildirirlər ki, Jalə rayon poliklinikasında hamilə kimi qeydiyyata düşüb və həkim nəzarətindən keçib. Ona, hamiləliyin normal getdiyi bildirilib.

"Əgər hamiləlik normal gedirdisə, onda onun ölümünə səbəb olacaq yüksək qan təzyiqi necə əmələ gəlib? Deməli, həkim hamilə qadını düzgün müayinə etməyib" — deyə Quliyevanın valideynləri bildiriblər.

Onlar məhkəmə-tibbi ekspertizanın rəyini gözləyirlər. Əgər həkim səhvi sübuta yetirilsə, Quliyevanın ailəsi məhkəməyə üz tutacaq. Jalə Quliyeva 16 həftəlik hamilə olub. Mərhumun 8 yaşlı oğulu var.

Əlaqədar

Ölkəmizdə ana və uşaq ölümlərinin sayı azalıb
Türkiyənin ana müxalifət lideri ölümdən döndü
Nazirlik Azərbaycanda ana ölümlərinin səbəblərini açıqlayıb
Nazir müavini: Ana və uşaq ölümünün sayında artım müşahidə olunmur
Teqlər:
Quliyeva Jalə Yusif qızı, hamilə, valideyn, Beyləqan, həkim, ana, qadın

Əsas mövzular