Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Soyuq hava şəraiti şimal bölgəsini iflic edib

© Sputnik/ Leyla AbdullayevaSoyuq hava şəraiti şimal bölgəsini iflic edib
Soyuq hava şəraiti şimal bölgəsini iflic edib - Sputnik Azərbaycan
Abunə olmaq
Qusarın Hil və digər dağ kəndlərinin yollarını buz bağlayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

Ötən gecədən başlayaraq şimal bölgəsində müşahidə edilən soyuq, şaxtalı hava şəraiti səbəbindən Qusarın Hil və digər dağ kəndlərinin yollarını buz bağlayıb. 

Analoji vəziyyət Qubanın bəzi kəndlərində də müşahidə edilir. Şaxtalı hava şəraiti yolların buzdan təmizlənməsinə mane olub. Hazırda bəzi yollarda buzlaşma hələ də qalır. Kəndlərlə yanaşı, şəhər ərazisindəki avtomobil yolları da buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.

© Sputnik/ Leyla AbdullayevaSoyuq hava şəraiti şimal bölgəsini iflic edib
Soyuq hava şəraiti şimal bölgəsini iflic edib - Sputnik Azərbaycan
Soyuq hava şəraiti şimal bölgəsini iflic edib

Hava şəraiti ilə əlaqədar bəzi kəndlərin elektrik enerjisi təminatında da problem yaranıb.

 

Xəbər lenti
0