15:06 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
HADİSƏ
Qısa URL
7930

Azərbaycan yığmasında oynayan idmançı şənlənmək istəyib. Amma səhər yuxudan ayılanda görüb ki, gözəllər də yoxdur, pulları da.

BAKI, 9 fev — Sputnik. Braziliya vətəndaşının başına Bakıda xoşagəlməz olay gəlib. Fevralın 8-də 2014-cü ildən futzal (mini-futbol) üzrə Azərbaycan yığmasında oynayan braziliyalı idmançı Fineo De Araujo polisə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon polis idarəsindən məlumat verilib. 

“Araz-Naxçıvan” klubunda çıxış edə futbolçu bilidirib ki, onu soyublar. Onun sözlərinə görə, fevralın 5-nə keçən gecə o əylənmək məqsədi ilə yüngül əxlaqlı qadınları öz evinə dəvət edib.

Qadınların adları Nuray və Könül olub. Futbolçu hər bir qadına 100 manat verib və “əyləncə” başlayıb. Bir müddətdən sonra De Araujonu yuxu tutub. Səhər ayılanda isə görüb ki, qadınlar gediblər. Onlar gedərkən evdə saxlanılan 14 min manatı da özləri ilə götürməyi unutmayıblar. 

Hazırda polis qadınların axtarışı ilə məşğuldur.

Teqlər:
Soyğun, Araz-Naxçıvan” klubu, Fineo De Araujo, Braziliya, Bakı

Əsas mövzular