Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dülgər sexində yanğın olub

Abunə olmaq
Hadisə yerinə FHN-in Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib

BAKI, 6 fev — Sputnik. Şəkidə dülgər sexində yanğın olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən axşam saatlarında Şəki şəhəri, Fuad Abdürəhmanov küçəsində fəaliyyət göstərən, Elşən Əhmədiyə oğlu Məmmədova məxsus, ümumi sahəsi 168 kv/m olan və 6 otaqdan ibarət dülgər sexində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində sexin bir otağının yanar konstruksiyaları 10 kv/m sahədə yanıb və yanğın zamanı orada olan 4 ədəd dəzgah yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0