Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hövsanda "Qazel" piyadanı vurdu

© Photo : AzəravtoyolQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

BAKI, 4 fev — Sputnik. Axşam saatlarında Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.

Belə ki, “10-XU-219” dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobili yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Yaralı “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0