Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN və DTX-dan növbəti əməliyyat

© Sputnik / Anar MustafayevDaxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat-axtarış tədbirləri nəticəsində dini təyinatlı kitablar, jurnallar, CD və DVD disklər, həmçinin kustar üsulla hazırlanmış tüfəng və patron aşkarlanıb

BAKI, 3 fev — Sputnik. Hüquq-mühafizə orqanlarının əməkdaşları Qəbələdə birgə əməliyyat keçiriblər. "Report" bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin istinadən məlumat yayıb.

Məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Xəbər lenti
0