Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Vətəndaşın evi yanıb

CC0 / ernie / flameYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumi sahəsi 80 m² olan evin 1 otağının tavanı 35 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb

BAKI, 2 fev — Sputnik. Dünən axşam saatlarında Qax rayonunda yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, vətəndaşa məxsus, ümumi sahəsi 80 m² olan, birmərtəbəli, 1 otaqlı və eyvandan ibarət evin 1 otağının tavanı 35 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar qazla ehtiyatsız davranma və elektrik naqillərində qısa qapanma səbəbindən sözügedən bölgədə xeyli sayda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi (FHN) bu hallarla bağlı dəfələrlə xəbərdarlıq etsə də, əhali yanğın təhlükəsizliyinə dair tələblərə ciddi riayət etmir.

Xəbər lenti
0