05:40 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
HADİSƏ
Qısa URL
225

Narkotik alverçisi yarımçıq tikilidə narkotik gizlədib və onu satmaq üçün uyğun vaxtı gözləyib

BAKI, 26 yan — Sputnik. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 kq marixuana tapıblar. Bu barədə Sputnik Azərbaycan-a rayon polis idarəsindən məlumat veriblər.

Əməliyyatçılar əvvəllər məhkum olmuş, 1977-ci il təvəllüdlü paytaxt sakini Mais Cabbarovu saxlayıblar. Cabbarov saxlanılarkən ondan 11,615 qram narkotik maddə aşkarlanaraq götürülüb. Daha 20 kq marixuananı isə o, "Exo" qəzetinin redaksiyasının qarşısında, Şərifzadə küçəsindəki yarımçıq tikilidə gizlədibmiş.

Polis, Cabbarovun yerini göstərdiyi həmin narkotik vasitəni də tapıb. Saxlanılan şəxsin sözlərinə görə, marixuana uzun müddətdir həmin yerdə saxlanılır. O, bu maddəni çıxarıb satmaq üçün uyğun vaxt gözləyib.

Cabbarov bildirib ki, marixuananı İsmayıllı rayonu ərazisində şəxsən əkib. O, əvvəllər oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və ağır bədən xəsarəti vurmağa görə məhkum edilib.

Qeyd edək ki, onunla eyni gündə, sözügedən polis idarəsinin əməliyyatçıları, 1979-cu il təvəllüdlü Vahid Abdullayevi də saxlayıblar və onun üzərindən 0,532 qram heroin götürüblər.

Əlaqədar

Narkotik alverçiləri tutuldular
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı...
İranla sərhəddən keçən şəxs narkotiklə yaxalandı
Bu ölkədə narkotikə görə cəza ləğv olunur
Cənub gömrüyündə narkotik əməliyyatı
Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı
Teqlər:
Mais Cabbarov, qanunsuz, əməliyyat, marixuana, polis, narkotik

Əsas mövzular