Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İntihar edən psixoloqun son məktubunda gözyaşardıcı qeyd

© pixabay / StartupStockPhotos / BusinessmanMəktub yazan adam, arxiv şəkli
Məktub yazan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyanət Rzayev özünü niyə öldürdüyünü kağızda yazıb

BAKI, 26 yan — Sputnik. İlkin tibbi ekspertizanın rəyinə görə, məşhur psixoloq Dəyanət Rzayev yanvarın 25-i günorta saatlarında ölüb. Amma onun meyiti axşam saatlarında tapılıb. 

© Photo : minval.azPsixoloq Dəyanət Rzayev
Psixoloq Dəyanət Rzayev - Sputnik Azərbaycan
Psixoloq Dəyanət Rzayev

Yasamal rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rzayev özünü evinin yataq otağından balkona açılan qapıdan şalvarının kəməri ilə asıb. Psixoloq ölümündən əvvəl kağız yazaraq həyatdan getməsinin səbəbini izah edib.

Rzayev kağızda, artıq onurğa yırtığındakı ağrılara dözə bilmədiyini qeyd edib. "Məni bağışlayın" — o yazıb.

Əldə etdiyimiz məlumata görə, psixoloq son vaxtlar həyat yoldaşından boşandığı üçün tək yaşayırmış. İlkin versiyalardan birinə görə, psixoloqu intihara sürükləyən səbəb düşdüyü dərin depressiya olub.

Sosial şəbəkələrdəki hesablarını, telefonunu bağlayan psixoloqla heç cür əlaqə yarada bilməyən anası narahat olaraq onun mənzilinə gedib. Qadın qapını nə qədər döysə də, açan olmayıb.

Sonra qonşuların köməyi ilə qapını qırıblar və psixoloqun cəsədini asılmış vəziyyətdə tapıblar. Onun, meyiti tapılan vaxtdan bir neçə saat əvvəl özünü asdığı müəyyən edilib.

Xəbər lenti
0