Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Öz qohumunu qətlə yetirdi

Abunə olmaq
Şəkidə 45 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

BAKI, 24 yan — Sputnik. Yanvarın 24-ə keçən gecə saat 02.00 radələrində, Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Mehman İsrail oğlu Əsgərov başının ənsə nahiyəsinin bıçaqla kəsilmiş yarası ilə Şəki Mərkəzi Xəstəxanasın daxil olub. Xəstəxanadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, müayinə zamanı onun qanaxmadan öldüyü məlum olub.

İlkin araşdırma zamanı məlum olub ki, Mehman Əsgərovu Şəki şəhəri, M. Ə. Rəsulzadə küçəsi 44 ünvanında öz qohumu bıçaqlayıb. Hadisəni törədən şəxsin kimliyi açıqlanmasa da, onun saxlanıldığı bildirilir. Faktla bağlı Şəki Şəhər Prokurorluğunda cinayət işi açılııb, araşdırma aparılır.

Xəbər lenti
0