05:03 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
2235 0 0

Yaralı taksi sürücüsü xəstəxanada yaralanmasının əsl səbəbini etiraf etmək istəməyib

BAKI, 24 yan — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Sabunçu rayon Polis İdarəsindən insidentin təfərrüatları Sputnik Azərbaycan-a açıqlanıb.

Belə ki, yanvarın 23-ü 18:30 radələrində Sabunçu qəsəbəsi Pişəvəri küçəsinin sakinləri atəş səsləri eşidiblər. Tezliklə 3 saylı şəhər kliniki xəstəxanasına tibbi yardım üçün baş nahiyəsindən yaralanmış, 1983-cü il təvəllüdlü Eyvazov Eldəniz Hökməli oğlu müraciət edib. Xəstəxana həkimlərinin yaranın mənşəyi barədə sualına cavab olaraq Eyvazov yıxıldığını bildirib. Lakin məlumatı alan 12-ci polis bölməsinin əməliyyatçıları tez bir zamanda həqiqəti öyrənərək insident iştirakçılarının izinə düşüblər.

Məlum olub ki, Eyvazov münaqişə nəticəsində yaralanıb. Özünün "Renault" markalı maşını ilə taksi xidməti göstərən Eyvazov, 1990-cı il təvəllüdlü Şahəliyev Seymur Fərhad oğlu ilə dalaşıb. Şahəliyev Eyvazovu döyüb və sonuncu avtomobilə minərək qaçmaq istəyib. Bu zaman Şahəliyev pnevmatik tapançadan ona atəş açıb. Güllə maşının şüşəsindən keçərək Eyvazovu baş nahiyəsindən yaralayıb.

Münaqişənin səbəbi də məlum olub. İlkin məlumata görə, söhbət pul borcundan gedir. Şübhəli qismində saxlanılan kompüter ustası Şahəliyev Eyvazova 500 manat borclu imiş. Şahəliyevin sözlərinə görə, yanvarın 23-də Eyvazov borcu qaytarmağı tələb edib, yaxın vaxtlarda pulu ala bilməyəcəyini gördükdə borclunu təhqir edib.

Hazırda fakt üzrə istintaq davam edir. Şahəliyevin barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) üzrə cinayət işi açılıb.

Əlaqədar

Bakıda silahlı basqın törədilib
Bakıda silahlı basqın: mühafizəçilərə ağır xəsarət yetirildi
Xaçmazda "Sərhəd qalxanı" əməliyyatı: silahlı terrorçu məhv edildi
Yerevanda polis binasını zəbt edən silahlı qrup təslim olub
Teqlər:
Şahəliyev Seymur, Eyvazov Eldəniz, Sabunçu, Bakı, silahlı insident

Əsas mövzular