Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəzaya düşən avtomobil yandı

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib

BAKI, 24 yan — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə minik avtomobilinin mühərrik hissəsi yanıb və elektrik lövhəsi qismən əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0