06:48 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
108 0 0

Sosial şəbəkədə iki yad adamla tanış olan gənc basqına məruz qalıb

BAKI, 12 yan — Sputnik. Bakıda seksual azlıqların nümayəndəsi basqına məruz qalıb. Bu barədə Sputnik-ə Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, quldurlar 1994-cü il təvəllüdlü E. X-ya, Zərdabi küçəsində yerləşən yaşayış mənzillərdən birində hücum ediblər. Zərərçəkən sözügedən Polis İdarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, yanvarın 10-da sosial şəbəkədə iki gənc oğlanla tanış olub. Buna görə də, E. X. həmin "tanışları"nın adını və onlar haqqında digər məlumatları bilmir.

Amma bu, ona həmin şəxsləri evinə qonaq çağırmağa mane olmayıb. Yeni tanışlar onun yanına gecə saat 00:30-da gəliblər. Burada "dəvətli qonaqlar" bıçaq və tapança çıxararaq mənzilin sahibini zorakılıqla hədələyiblər, ondan pul və qiymətli əşyalar tələb ediblər. Bu yolla canilər 450 manat, iki mobil telefon və üç noutbuk götürüblər.

Bundan dərhal sonra soyğunçu "qonaqlar" yoxa çıxıblar. Hazırda hüquq-mühafizə orqanları cinayətkarların tapılması üzərində iş aparır.

Əlaqədar

Naziri küçədə qarət etdilər
Sələmçi qadının evini qarət etdilər
Bakıda "Topaz"ı qarət etdilər
Quldurlar bütöv bir şəhəri qarət etdilər
"Bu qədər acgözlüklə xalqımızı qarət etməməliyik"
Teqlər:
seksual azlıq, basqın, qarət, Yasamal, Bakı, polis, qonaq

Əsas mövzular