Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qanuni oğru"lar arasında böyük müharibə başlayır

© Flickr / Karthik BhatМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq Şeyx Həmzət onun qətlini sifariş verən şəxsin kimliyini bilir

BAKI, 11 yan — Sputnik. Oğru dünyasında Şeyx Həmzət adı ilə tanınan, "Avropa obşakı" adlandırılan kriminal kassaya nəzarət edən 41 yaşlı çeçen "qanuni oğru" Həmzət Qastəmirova qarşı Niderlandda törədilmiş sui-qəsdin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Belə ki, Amsterdamda Şeyx Həmzətə hücum təşkil edən killerin adı məlum olub. Uğursuzluqla nəticələnən qətlin sifarişçisi də məlumdur. Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbə məlumat verib.

Полицейский в Амстердаме, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar

Sputnik daha əvvəl xəbər vermişdi ki, insident ötən ilin 23 dekabrında gecə saat 3 radələrində Nieuwland Parc 121 2952 DB Alblasserdam ünvanında yerləşən "Staay Food Group Holding" topdansatış tərəvəz bazarında baş verib. "Glok" markalı tapança və səsboğucusu olan "Kalaşnikov" avtomatı ilə silahlanan naməlum şəxslər topdansatış meyvə bazasına TIR sürücüsü qismində daxil olaraq, Şeyx Həmzət və onun cangüdənlərinə hücum ediblər.

Hücum zamanı "kriminal avtoritet"in əsas cangüdənlərindən biri çiynindən yaralanıb. Mühafizəçilərin operativ fəaliyyəti nəticəsində hücumun icraçıları zərərsizləşdirilib. Canilərdən biri ayağından, digəri isə budundan yaralanıb. Bu məqamda hadisə yerinə polis gəlib və hücum edən şəxsləri saxlayaraq polis idarəsinə aparıb.

Saxlanılan şəxslərin Çeçenistanın Urus-Martan rayonundan olan, 1989-cu il təvəllüdlü Həsən Zakayev və Azərbaycanın Cəlilabad rayonundan olan, 1985-ci il təvəllüdlü Qüdrət Əliyev olduğu müəyyən edilib. Şeyx Həmzətin qətlini sifariş verən şəxs isə mövcud versiyaya görə, onun həmvətəni, "Avropa obşak"ına çoxdan "dişini qıcamış" "qanuni oğru" Abu Davtayevdir.

© Photo : STRAbu Davtayev
Abu Davtayev - Sputnik Azərbaycan
Abu Davtayev

Qastamirov hələ Zelenoqrad şəhərində olandan Davtayevlə düşməndir. O zaman həmin şəhərdə vəziyyətə Şeyx Həmzət baxırmış.

Sifariş 2015-ci ildə verilib. Killerlərin axtarışını Davtayev Qroznı şəhərində vəziyyətə baxan Keçəl Beslana tapşırıb. Sonuncu Qastamirovun hazırda yaşadığı Berlin şəhərindən killerlər tapıb. Lakin killerlər pulu almalarına baxmayaraq, sifarişi yerinə yetirə bilməyiblər.

Keçəl Beslan 2016-cı ildə Zakayev və Əliyevi tapıb. Bundan sonra killerlər Qastamirovu izləməyə və onun barəsində məlumat toplamağa başlayıblar. Bundan əlavə, sifarişi əlaqələndirən şəxs Şeyx Həmzətlə yaxınlaşa da bilib. Hətta məlumdur ki, o, guya atasını müalicə etdirmək üçün Qastəmirovdan borc pul da alıb. Lakin bir müddət sonra — sui-qəsd ərəfəsində vasitəçi yoxa çıxıb. Yalnız dekabrın 23-də baş verən hücumdan sonra Qastəmirov başa düşüb ki, vasitəçinin tapşırığına onun və yanındakıların haqqında informasiya toplamaq daxil olub.

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
“Qanuni oğrular”ın Bakı döyüşü

Cinayətkarlar Qastəmirovu izləyərək müəyyənləşdiriblər ki, o, Amsterdamda nəzarətində olan meyvə-tərəvəz bazasının ərazisinə tez-tez baş çəkir, işlərlə maraqlanır. Təhqiqatlar göstərir ki, sui-qəsdin bir hissəsi "MeqaFon" mobil operatorundan istifadə etməklə Şimali Qafqaz ərazisindən WhatsApp mobil əlavəsi vasitəsilə koordinasiya edilib. Hücumun ikinci koordinatoru isə Berlin ərazisində olub.

Kamera müşahidələrinin nəticələrini incələyən xüsusi xidmət orqanları müəyyən ediblər ki, sifarişin icraçıları Şeyx Həmzəti iki ay dörd gün müşahidə ediblər. Bütün bu müddət ərzində onlar TIR sürücüsü sifətilə bazanın ərazisinə daxil olublar və öz müşahidələrini aparıblar, kriminal avtoritetin hərəkət cədvəlini öyrəniblər. Onlar avtoriteti bu ilin 17 oktyabrından güdməyə başlayıblar.

Killerlər hər dəfə bazaya müxtəlif avtomobillərdə daxil olublar. İcraçılar altı müxtəlif markalı avtomobildən istifadə ediblər. 23 dekabr axşamı sui-qəsdin icraçıları iki maşınla gəliblər. Əvvəlcə 6 icraçı olub. Lakin onların 4-ü "qanuni oğru"nun mühafizəsinin yaxşı təşkil olunduğunu görərək, BMW markalı avtomobildə gizləniblər. Sonra ortaqlar BMW-ni xüsusi yerdə saxlayıblar və başa düşüblər ki, maşın müşahidə kameralarının obyektivinə parıltı verərək diqqət çəkir.

Hazırda killerlərin iki avtomobili — "Opel" və BMW Amsterdam polisinin sərəncamındadır. Mənbənin sözlərinə görə, sifarişçi ilə icraçı məlum olandan sonra "oğru dünyasında" qanlı müharibə gedəcək. Qafqazlıların adətinə görə, səhvlər bağışlanmır və qanla yuyulur…

Xəbər lenti
0