19:03 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
HADİSƏ

Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb

HADİSƏ
Qısa URL
43330

"Report"un əldə etdiyi məlumata görə, son vaxtlar Üzeyir Kazımov işi ilə bağlı hədələr alırmış.

BAKI, 31 dek — Sputnik. Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb.

Mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, rayon sakini 1971-ci il təvəllüdlü Üzeyir Kazımov dekabr ayının 30-da işə getmək üçün evdən çıxıb. O, həmin gün səhər 09:00-dək ailə üzvləri ilə telefonla danışıb. Lakin sonradan ondan heç bir xəbər çıxmayıb. Bu gün səhər saat 09:30 radələrində isə Ü.Kazımovun asılmış meyiti tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

"Report"un əldə etdiyi məlumata görə, son vaxtlar Üzeyir Kazımov işi ilə bağlı hədələr alırmış.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular