Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaz kəmərində baş vermiş qəzanın ilkin səbəbləri açıqlandı

© Official website of President of Azerbaijan RepublicSOCAR-ın yeni binası
SOCAR-ın yeni binası - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR: "Magistral qaz kəmərində baş vermiş qəza texnogen xarakter daşıyır"

BAKI, 28 dek — Sputnik. Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır. Bu barədə Sputnik-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

"İlkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir. 2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir" —SOCAR-dan bildirilib.

Məlumata görə, ilkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir. Araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək.

Xəbər lenti
0