Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaradağda baş verən yanğın söndürülüb

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb

BAKI, 27 dek — Sputnik. Fövqəladə Hallar Nazirliyi, SOCAR və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın saat 15.37-də söndürülüb. Bu barədə Sputnik-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində iki qaz xəttində partlayış baş verib. Nəticədə güclü yanğın meydana çıxıb. "Massiv 3" adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Media nümayəndələri təhlükəsizlik məqsədiylə əraziyə buraxılmır. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.

Xəbər lenti
0